Ağlama
Sən ağlasan, mən ağlaram,ağlama, yarım ağlama.Nə gücüm var kömək olum,nə ixtiyarım, ağlama.
Çölü, düzü duman alıb,ürəyimi güman alıb.Qış üstümü yaman alıb,Mənim baharım, ağlama.
Payızdı, yarpaq tökülür,uçub kərpicim sökülür.Fikirdən belim bükülür,sınır vüqarım, ağlama.
Gül üzümə, mən də gülüm,su olum, daşdan süzülüm.Gül, ey mənim gülərüzüm,Mənim ağlarım, ağlama.
Kitabxana.az · https://kitabxana.az/works/neriman-hesenzade-aglama
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Sən görüşə çıxırsan,mübarəkdi, qadası:
Qız idin – sevinən, qaçan, güləyən...Mən bu daş saçlara sığal çəkmişəm,nə qədər öpmüşəm bu daş üzündən,
ÜstünəYuxun gəlir, yat qadasın aldığım,saçlarını tök sinəmin üstünə.
Gəl, yanıma gəlO evdə könlünə dəysələr sənin,Bu evdə mən varam, gəl, yanıma gəl.
Başqa şairlərin şeirləri · Təbiət və bahar
Səninlə mən görüşəndə,Qolum doladım belinə.
Xabi-qəflətdən oyansun eşqi-dildar istəyənXabi-qəflətdən oyansun eşqi-dildar istəyən,Bülbüli-şuridə olsun vəsli-gülzar istəyən.
خورشید کارنامه ملک جهان نوشتنوروز عزل نامه صرف زمان نوشت
Xəstə könlüm tapdı ol dildardən nömidliqXəstə könlüm tapdı ol dildardən nömidliq,Tapmasun hiç kimsə yarəb, yardən nömidliq.