Bir ay evi arzuladı,göz yummadı, oyaq oldu.Bu evcanlım, qonaqcanlımüç gün evdə qonaq oldu.

Dərmanlardan gəldi cana,gül dəmləyib verdim ona.Mən sığındım ona-bunaözü mənə pənah oldu.

Baxdı mənə, baxdı evə,yana-yana, sevə-sevə.

Köks ötürdü neçə dəfə,ürəyimdə bu, dağ oldu.

Xəzan oldu bağça-bağım,açılmadı qaş-qabağım.Həkimlərə yalvarmağımsonra gördüm nahaq oldu.

Əhd-peyman bağladığım,ağlayanda ağladığım,gözüm üstə saxladığımayaq altda torpaq oldu.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri