Qaraçı qızı
Bir qaraçı qızı neçə il qabaqkəsib qabağımı dedi astadan:Alsan hansı qızı, xoşbəxt olacaq,sən də istəyincə kam alacaqsan.
Oxşadı ruhumu eşqin havası,dedim sınayacam mən bu hikməti.Bir “üçlük” almışdı qaraçı qızı,“üçlük”! – üç manat da onda pul idi.
Onda inanırdıq deyilən sözə,bir az təmiz idi köhnə adamlar.Bizdə kül üfürmək yox idi gözə,adamın gözünü çıxardardılar.
İnamla yaşayıb bizim babalar,nədir şübhə, qərəz! – o pislənərdi.Dünya inam üstdə tutsaydı qərar,qəlbipozğunlardan təmizlənərdi.
Unutdum kədəri, unutdum qəmi,xoşbəxtlik şirin bir qış nağılıyla, –qaraçı qızının dediyi kimiqapıma gəlmişdi öz ayağıyla.
Başqadır mənası qadın eşqinin,xoşdur küsməsi də, barışması da.Qadın məhəbbəti yoxsakişinin,həyata bir yükdü yaşaması da.
Ey qəmsiz, döndərmə bu eşqi yasa,əkiz bacısıdır qəm də sevincin.Fikrim səndən ötrü bir qıfıl olsa,Hər misram açardı o qıfıl üçün.
Unutdu bir şeyi qaraçı qızı,o mənə demədi bu dünya nədir, –iztirab – həyatda ömrün mənası,xoşbəxtlik – ötəri bir əyləncədir.
Kitabxana.az · https://kitabxana.az/works/neriman-hesenzade-qaraci-qizi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Qələmim seyr edib qəzali-qəzəl,Qurmamış bir fəzadə bir sənə dam.
SamavarMən səni çox sevirəm,Bilirsən halım, samavar!
Həcvi-məlih: Ola bərbad görüm belə yava dövranıOla bərbad görüm belə yava dövranı,Bəlkə bundan da yaman ola onun payanı
OlmazQəm yemə bu qədər divanə könlüm,Həmişe nızigar belə dar olmaz.