Yuxun gəlir, yat qadasın aldığım,saçlarını tök sinəmin üstünə.Gözlərimin qapağını örtərəm,yorğan kimi əzizimin üstünə.

Nəyə gərək, soyuqdursa o yataq?Səndə səni, məndə məni oyadaq.Bir az mən də yuxusuzam, qoy yataq,o üzünü, bu üzümün üstünə.

Bir mahnı var, pəncərədən daş gəlir,ay bəri bax, xumar gözdən yaş gəlir.Sənə qurban, ömür gedir, yaş gəlir,ömrümüzün, günümüzün üstünə.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri