Mən səndən narazıyam,sən məndən inciyirsən, –aramızda söz olur.Sən gülmək istəyirsən,qışqırmaq istəyirsən, –Görürəm ki, səs olur.Mən sükut istəyirəm,sən fışqırıq, haray, səs.Sənin qəlbində həvəs,mənim beynimdə fikir,sənin uşaqlığınlayola gedə bilmirəm.Sənsə, oğlum, görünürMənim böyüklüyümlə.Oxşamaq istəmirsəngörürəm, sən heç kimə.Mən səni istəyirəmsalım öz qəlibimə:yeri mən yeriyəntək,dayan mən dayanantək,özün olma, mən ol, mən.Demirəm, –belə çıxırmənim istədiyimdən.Lakin bilirəm, oğlum,yalnız mənə oxşasan,dünya yerində sayar.İstedadlar, şüurlarbir-birinə oxşayar.Beləcə yaşayırıq:bu ziddiyyət içində,bu məhəbbət içində.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri