Bir yarpağam... Axşam çağı
Bir yarpağam... Axşam çağıYerə düşdüm budaqdan.Görüb məni yol üstündəQayıdanda bulaqdan:– Külək salıb, – dedi bir qız,Sonra aldı əlinə,Qəlbi yandı intizarla.Baxdı payız yelinə,Sinəsinə basıb getdi...Seyrə dalıb mən bunu;“Niyə bu qız pərişandır?” –Düşündüm yol uzunu.Yar yolunda hicran çəkibBəlkə qalıb o, yalnız?!İndi məni görən kimiO gəncimi andı qız?!Yox, yox! O qız bilmədi heçSevib onu uzaqdan,Yaxasına qonmaq üçünMəni külək salmadı,Özüm düşdüm budaqdan!
Kitabxana.az · https://kitabxana.az/works/zeynal-xelil-bir-yarpagam-axsam-cagi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Bir qulaq ver mənə, ey sahibi-əqla və şüura,Gözün aç, seyr elə bu aləmi dəhra və dühura,
BismillahQaşına yazılmış sətir bismillahHəbibin surəsi nəsrun minəllah
Keçər gedərDünya işində hər nə dutarsan keçər gedər,Hər nik ü bəd içində qılarsan keçər gedər.
TeymurləngəMəşriqü Məğrib müsəxxərdir sənə,Dövləti-nüsrət müqərrərdir sənə,