Tufan yıxmaz, yel uçurmazBir palıdam! DayanmışamBu dağların qucağında.Dünya görmüş bir dünyayam,Sönməyən bir alovam mən.Ataların ocağında!Hər budağım min budaqdır!Kök ataraq zaman-zamanYayılmışam sağa-sola.Mən döyüşlər şahidiyəm!Ordulara sinə gəribSərkərdələr saldım yola.Od püskürdü, alov tökdü,Çəkdim bəzən qılıncınıBaşım üstdə ildırımlar,Alammadı girdabına,Baxdı mənə həris-hərisDərin, qorxunc sıldırımlar.Titrəmədim! Sarsılmadım!Yem olmadım aslanlara,Ömür sürdüm cəsarətlə.Sadiq oldum bu torpağaPozulmayan bir ilqarla,Bir əbədi məhəbbətlə.Bir yanımdan Araz axır,Bir yanımdan dəli Kürüm,Xəzər coşur ürəyimdə.Dağlarımın, çölləriminƏtri vardır, suyu vardırMənim halal çörəyimdə.Meh əsdikcə sərin-sərinPıçıldaşıb yarpaqlarımNəğmə deyir öz dilində.Onlar mənim övladımdır!Hər kəs belə xoşbəxt olsunÖz yurdunda, öz elində.Budaqlarım çadır kimi...İsti gündə, soyuq gündəİnsanların pənahıdır.Xan Kəpəzdən doğan günəşBu ellərin ümididir,Bu yerlərin sabahıdır!Mən tərlanlar oylağıyam!..Sinəm geniş bir meydandır –Şan-şöhrətdir bu hal mənə.Dörd yanımı alsa duman,Hər budağım, süngü olubAman verməz bir düşmənə!Məndən böyük, məndən kiçikPalıdlar var!.. Əzəl gündən

Baş əyməyib əsla yada,Bir-birinə qardaş deyib.Sədaqətlə, etibarlaYaşamışlar bu dünyada.Get, ey bulud! Sus, ey tufan!Baş qaldırıb yüksəklərəQoy günəşə baxsın hamı!Qoy dünyaya zinət versin,Bir an belə pozulmasınPalıdların ehtişamı!Get, ey bulud! Sus, ey tufan!Qoy güllə yox, nəğmə qonsunMənim yaşıl budağıma!Xəzan görüb tökülməsinYarpaqlarım göz yaşı təkMənim ana torpağıma...Tufan yıxmaz, yel uçurmazBir palıdam! DayanmışamBu dağların qucağında.Dünya görmüş bir dünyayam,Sönməyən bir alovam mənAtaların ocağında!..

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri