Bir göyərçin daşa çırpıbSındırarsa qanadını,Məlhəm qoyub yarasına,Qurtaracaq fəlakətdənİnsan onun həyatını.Əgər birdən tufan qopubYol üstündə bir söyüdüYıxsa yerə öz kökündən.Dünya görmüş qoca bağbanBel götürüb həmən gündənBaşqa söyüd əkər orda,Bir vaxt keçər, salxım söyüdDalğalanar havalarda.Dağdan axan bir bulağınTutularsa gözü birdən,Əlləriylə açıb insanO bulağın tez gözünü;İlham alıb göydən, yerdən,Gümüş suyun xoş səsiyləAğaclara, çiçəklərəSöyləyər o, hər sözünü!Əgər birdən sönsə günəş,Dünya dönsə bir zülmətə

İnsan oğlu gecə-gündüzQatlaşaraq min zəhmətə,Ömrün şirin yuxusunuBoğa-boğa o, gözündə,Yeni günəş yaradacaqBu sevimli yer üzündə!Əgər insan ağlayarsa,Əgər torpaq ağlayarsa,Əgər zaman ağlayarsa;Od püskürən ildırımlar,Min illərin sarayındaYandırarsa ağlımızınAğır təməl daşlarını,Kim siləcək, ey insanlar,Dünyanın göz yaşlarını?!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri