İgid oğlan, min ata,Döyüşə apar məni.Mən sənə qardaş ollam.Mən sənə sirdaş ollam.Qorxu nədir bilmədənHaqq işə apar məni, –Döyüşə apar məni!..

Haqq, ədalət yolundaDüşmənə sinə gərib

Oynat məni havada,Dönüb bir ildırımaQoy düşmənin başınaMən od töküm davada,Bu ölüm qoy olmasın,Qoy olmasın qan-qada.Daim xoşbəxt yaşasınİnsan bizim dünyada.

O zaman ki döyüşlərCəbhədə yetdi sona,Sən məni təmiz silibÖz əlinlə qoy qına.Çarpayının başında,Xalça üstə as məni,Orda sakit duraram.Bəzən dönüb bir qəlbəAnaraq döyüşləriMəhəbbətlə vuraram,Sədaqətlə vuraram,Orda sakit duraram.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri