Azərbaycanım
Torpağı – türbət,Suları – şərbət,Günəşi – məlhəm,Ayrılığı – qəmAzərbaycanım!
Aranı, dağı,Tərlan oylağı,Könlüm çırağı,Qızılgül bağıAzərbaycanım!
Ana nəfəslim,Qaranquş səslim,Ellim, obalım,Dağlar havalımAzərbaycanım
Qızları dilbər,Oğulları ər,Odum, ocağım,Ana qucağım,Qalsam həyatım,Ölsəm torpağımAzərbaycanım!
Kitabxana.az · https://kitabxana.az/works/mirvarid-dilbazi-azerbaycanim
← → düymələri ilə keçid, R — təsadüfi şeir