Yığıb son qüvvəsini,Gecə əriyib gedir.Hər tərəfə uzanan,Öz qara telləriniƏlindəki yumağaSanki səriyib gedir...

Toranlıqlar içindən,Dan yeri uçub gəlirTənha qağayı kimiDalğalar qalxıb-enir,Yarını yola salanBir qızın əlindəkiİpək kəlağayı kimi.

Bakı, gur səsli Bakı,Sərt küləklər şəhəri,Oyadır yavaş-yavaş,Yuxusundan səhəri.

Qapılar açıldıqca,Çoxalır bir-birBakı fəhlələrininSübh ikən qar üstünəsaldığı ləpir.Bu ləpirlər uzanırDüz tramvay xəttinə.Fabriklərə, zavodaBuruq səltənətinə...Qara şəhər sabahıQarşılayır üzüağ,Zəfərdən verir soraq!

Qaynarsan gənclik kimi,Sevimli, gözəl Bakım!İnqilablar şəhəri,Ey beynəlmiləl Bakım!Əriyir hər yerdə qar.Çünki yaz nəfəslidir,İndi bizim insanlar.

Abşeronun gözündən,Minlərlə ulduz-ulduzburuqlar baxır.Abşeronun qəlbindən,Göz ilə görünməyənDaşqın nəhrlər axır.O qızıl nəhrlərinHər damlası nurludur.O sonsuz nəhrlərinYanında böyük XəzərSanki bir ovuc sudur.

Mən bu Bakı neftininKuybışevdə hər axşam,Qüdrətinə baxmışam.Addımlayan maşınlarGəzdikcə kanal boyuTürkmənistan düzünü, –Mən, bax, orda duymuşam,Qızıl Bakı neftininŞerə sığmaz gücünü.

Bakı bir Bakıdır ki,Mehriban sinəsindəÖmür sürmək gözəldir.Bakı bir Bakıdır ki,Onun günəşə baxanAynabəndi Xəzərdir

Yaşıl şam meşələriPark üstündən uzanır,Boz təpəli Bayıladək.Dəniz buruqlarınıYarıb keçən küləklərSəslənir bir layla tək.

Deyirəm nə olaydıBu şerim çağlayaydıQəlbimin qanı kimi.Sabir bağçasındakıİşıq fantanı kimi.

Deyirəm nə olaydı,Bir ağ göyərçin olub,Qanadımı açaydım.Günəşli paytaxtımın,Buludsuz göylərindəİftixarla uçaydım.

Bakı, Bakı, can Bakı!Düşməninə qəzəbli,Dosta mehriban Bakı!

Bəzən bir rəssam olub,Səni yaratmaq üçünFırçama rəng gəzirəm.Bəzən də şair kimi,Şerin köhnə vəzinəYeni ahəng gəzirəm.

Sıx buruqlar meşəsiDövrəyə almış səniBöyük sülh alayı tək.Şerimi bəzəyirsən,Qucağında görünənHökumət sarayı tək.Bakı –Nərimanov küçəsiləMən fərəhlə gedirəm.– Bakılıyam! – dedikcə,Bu adla fəxr edirəm.Bakı –Azərbaycan prospektiGündəlik iş yolumdur.Bu yol adi yol deyil,Bir yüksəliş yolumdur!

Mən bu yolda ilk dəfəİstiqlalın əliniSıxacağam fərəhlə.Yurdumun çağrışındanHər zaman qalib kimiÇıxacağam fərəhlə.

Gündüz sovuşub gedir,Düşür axşam ayazı;Çiçək kimi yağan qarYada salır ilk yazı.Çünki Bakı qışınınGözəlliyi başqadır.Təbiətin hər fəsliBurdakı insanlarıŞən, bəxtiyar yaşadır.

Sahil boyu işıqlar,Dənizin sinəsindəGülür silsilə kimi,Qoca Nargin görünürMavi göz içindəkiQara bir gilə kimi.

Paytaxtımın gecəsiYolum kimi nurludur;Sinəsi işıq verənUlduzlarla doludur.Bakı bir Bakıdır ki,Onun ana qoynundaNeçə millət birləşib.Bakı bir Bakıdır ki,Beş gün onu görməsənQayıdanda şaşırıb,Yeni evlər, binalar,Meydançalar içindəÜnvanını gəzərsən.

Bakı bir Bakıdır ki,Onun işıqlarıylaNeçə torpaq, neçə yer,Neçə ölkə bəzərsən.

Şerimi bayraq kimiSahilinə sancaraqKeşiyində durmuşam;Əsrlərcə insanıÖzünə qul eyləyənTəbiəti yormuşam.

Bakı öz qatarınıGələcəyə doğru sürür.Bu işıq qatarınıMin Bakı oğlu sürür.Bakı oğlu dedim mən –Bu adi söz deyildir.

Bu odlar ölkəsininQəlbi bahar oğludur.

Bakı dedim –xalqımınötən ağır illərilövhə-lövhə göründü.

Bakı dedim –hər tərəfAl şəfəqə büründü.Bakı dedim –ömrümünSirdaşını düşündüm.Bakı dedim –min zəfərqazandıq iş başında.Bakı dedim –bir andaellərin sədaqətiDurdu mənim qarşımda.Ey dost, sual eyləsən:– Tərənnüm eylədiyinBu duyğular de, nədir?Cavab verərəm ki, mən,Bu müdrik xalqımızınÖlməz əməllərindən,Paytaxtımda yaranmışKiçik bir nişanədir!..

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən