Yüz hüsn dil ü dideyi-heyrana yetişməz,Yüz gənc həqiqətdə bu viranə yetişməz

Yüz bağ ü bahar olsa mənim könlüm açılmaz,Fəryadıma tək nalei-mestanə yetişməz

Ol atəşi-suzanə nə həsil yaxın olmaq,Ta yetməyə məqsudinə pərvanə yetişməz

Gər yetməsə bülbül mənə, ey gül, əcəb olmaz,Kim şaxi-gül ol sərvi-xuramana yetişməz

Ol çeşmi-siyahi-məsti görən kimsə bilir kim,Yüz tiri-qəza növəki-müjgana yetişməz

Təbriz açar könlümü, Qövsi, gər açılsa,Hərçənd ki firdovs Səfahana yetişməz

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar