نه چندانم ضعیف از دوری خورشید رخساری
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
نه چندانم ضعیف از دوری خورشید رخساریکه تاب آرم گر افتد سایه بر من ز دیواری
Zəifəm eylə kim, hicrində bir xurşidrüxsarınKi, tab etməz vücudum kölgəsinə bircə divarın.
فکنده در گمان ضعف تنم باریک بینان راکه در پیراهنم شخصیست یا از پیرهن تاری
Elə incəlmişəm, incə görənlər şübhədə qalmışKi, paltarda vücudumdur və ya sapı o paltarın.
خبر از سوز پنهانم کسی دارد که همچون منبود در سینه اش داغی ز درد لاله رخساری
Yanar qəlbim, bilər məncə bu gizli dərdimi ol kəsKi, mən tək sinəsində dağı var bir lalərüxsarın.
من و وصل تو این طالع کجا دارم زهی دولتمیسر گر شود گاهی مرا از دور دیداری
Hanı məndə o tale kim, nəsibim vəsli-yar olsun,Səadətdir, uzaqdan da müyəssər olsa didarın.
چنان در ناله کردن شهرتی دارم که اهل دردز من گویند از هر جا برآید ناله زاری
Cahanda şöhrətim vardır fəğan etməkdə, dərd əhliMənə nisbət verər fəryadını hər aşiqi-zarın.
تو جز بر من نکردی جور من مردم ازین شادیکه در عالم نخواهی داشتن جز من گرفتاری
Cəfanı görməmişdir məndən özgə kimsə, mən şadəmKi, yoxdur aləm içrə məndən özgə bir giriftarın.
Məqtə — şairin təxəllüsü olan son beyt. چه می پرسی فضولی کیست در راه وفا آخرپریشان گشته سودایی رسوای بازاری
Məqtə — şairin təxəllüsü olan son beyt. Füzuli, sorma kimdir, gəl ona bax kim, vəfasından,Qalıb sevda pərişanı, olub rüsvayi-bazarın.
Kitabxana.az · https://kitabxana.az/works/fuzuli-qezel-381
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Gözündən düşmüşəm yarın, kəsibdir etibar məndən.
Yaxıbsan qəlbi, barı şölə tək gəl çəkmə sər məndənNəzər qıl, şəm tək yannam, sən olma bixəbər məndən.
Ey ürək, eşqdən sən ar eləməEşqi könlündən heç kənar eləmə.
Aşiqəm, sevməkdən özgə kar əlimdən gəlməyirƏhli-təqva eyləyən rəftar əlimdən gəlməyir.
Başqa şairlərin şeirləri · Eşq
Çox zamandır, yarın həsrətindəyəm,Gələydi, bir onu barı görəydim,
Mürəbbə: Nə fəğan eylərsən, ey dəli könülNə fəğan eylərsən, ey dəli könül,Dünya xublarının yoxdu vəfası.
Mürəbbe: Bir namə yazmışdı gözlər şahıBir namə yazmışdı gözlər şahı,Gəldi mən tək mübtəlayə yetişdi,
DüşmüşəmMəcnunsuz çöllərin Leylisiyəm mən,İtkin yarm sorağına düşmüşəm.