ای که تا یار منی در پی آزار منیکشم آزار ترا چون نکشم یار منی

Sən mənə yar olalı baisi-azarımsan,Dözməyim mən necə azarına kim, yarımsan.

سر ز سنگ ستم و تیغ جفایت نکشمدلبر پر ستم و یار جفاکار منی

Baş qaçırmam vurasan gər o qədər səngi-cəfa,Çün sitəmkar sənəm, yari-cəfakarımsan.

دل ز تیر تو تن از داغ تو ذوقی داردذوق بخش دل زار و تن افگار منی

Zövq alır qəlbim odundan, bədənim dağından,Rahəti-canü dilim, nəşəli dildarımsan.

خبری نیست ز خود بی تو دل زار مراتو چرا بی خبر از حال دل زار منی

Bixəbərdir dili-zarım öz-özündən sənsiz,Sən barı tut xəbər ondan, belə qəmxarımsan.

نیست شبها غم بیداری من بر تو نهانلله الحمد تو در دیده بیدار منی

Yuxusuzluq qəmini sən ki bilirsən, gecələrYuxusuz gözdə mənim məhrəmi-əsrarımsan.

مرض عشق نشد بر تو مشخص ناصحگرچه عمریست طبیب دل بیمار منی

Bilmədin ki, mərəzi-eşq nədir, ey naseh,Bir ömürdür ki, təbibi-dini-bimarımsan.

Məqtə — şairin təxəllüsü olan son beyt. چند در عشق زنی طعنه فضولی بر منز تو خشنود نیم منکر اطوار منی

Məqtə — şairin təxəllüsü olan son beyt. Ey Füzuli, mənə çox eşqdə irad eləmə,Deyiləm razı, bu yolda mənim əğyarımsan.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq