Saqi, gətir ol şərabi-nabi Kim,yetdi nisabə qəm hesabi.

Qəm düşməni-cani-mübtəladır,Dəf eyləyə gör ki, bir bəladır!

Söz cövhərinə olan xiridar,Bu növ ilə qıldı gərm bazar

Kim, aciz olub qəm içrə ol pir,Məcnununa qıldı fikri-zəncir.

Bildi ki, gər olmaz olsa Leyli,Mümkün degil olmağı təsəlli,

Qıldı tələbin özünə lazim,Cəm' etdi əaliyü əazim.

Ümmid ilə bağladı umub kam,Ol Kə'beyi-arizuyə ehram.

Çün Leyli atası bildi hali,Uydurdu əkabirü əali,

Qarşılarına olub rəvanə,Qıldı olar ilə əzmi-xanə.

"Əhlənvə səhlən!" deyib dəmadəm,Min gəz dedi: "Ola xeyr məqdəm!"

Çün şəm'sifət olar oturdu,Ol sərv kimi ayağa durdu.

Ortaya buraxdı türfə xanlar,Ta kami-dil ala mihmanlar.

Olmuşdu dolub kəbab ilə xan,Cədyü Həməl ilə asimansan.

Əmma, əcəb ər qıla xirədmənd,Ol xanları asimanə manond,

Hər kim qərəzin bulurdu xandan,Bu mümkün olurmu asimandan?

Xanlar götürüldügündə ol pirTəqrib ilə dərdin etdi təqrir:

"K'ey, qədrlə qibleyi-qəbail!Səndən qamunun muradı hasil,

Əslü nəsəbim sənə əyandır,Hökmüm neçə min evə rəvandır.

Məşhuri-qəbailəm səxadə,Mə'rufi-təvaifəm ətadə.

Həm var məhəbbətimdə tə'sir,Həm var ədavetimdə təşvir.

Sərdəftəri-əhli-ruzigarəm,Hər necə desəm, yüz onca varəm.

Nəxli-əməlim səmər veribdir,İyzəd mənə bir gühər veribdir.

Hala dilərəm bu türfə lö'luBir lə'l ilə ola həmtərazu,

Ta lö'lö olanda lə'lə vasil,Tərkib qılam müfərrihi-dil.

Çox kanlara tişəvəş üz urdum,Çox ləl həqiqətini sordum.

Hər kanda əgərçi lə'l çoxdur,Bir lə'l ki, layiq ola yoxdur.

Bir lə'lin eşitmişəm sənin varKim, lo'löümə odur səzavar.

Lütf eylə, inayətü kəroə qıl!Ol lə'l ilə dürrü möhtərəm qıl!

Qılsın gülü sərv sayəpərvər,Olsun gülə sərv sayəgüstər.

Fəhm et sözümü, təğafül etmə,Bir xeyr işidir, təəllül etmə!

Gər hasil olur bu kam səndən,Hər nə ki, dilərsən, istə məndən.

Onca qılayın sənə rəvan gəncKim, yer üzün eyləyə nihan gənc.

Onca gühər eyləyim rəvanəKim, bulmayasan ona xəzanə".

Ol sərvi-səmənbərin atası,Ol gənci-nihanın əjdəhası

Lütf ilə dedi ki: "Ey xirədmənd!Mən kimi əsiri-dani-fərzənd!

Sən xoş gəldin, səfa gətirdin,Torpaqlardan bizi götürdün.

Müşkülcə xitabdır xitabın,Bilmən necə verərin cəvabın?

Qürbün, bilirəm, mənə şərəfdir,Əmma xələfin əcəb xələfdir.

"Məcnun" - deyə tə'n edər xəlayiq,Məcnuna mənim qızım nə layiq?

Leyli deməyim ki, nazənindir,Bir tirə kənizi-kəmtərindir,

Olmazmı kəniz cinsi-mərdüm?Yoxdurmu kənizə həm tərəhhüm?

Div ilə pəri olurmu həmdəm?Olmaz, sözü açma əbsəm, əbsəm!

Divanəyə zayc eyəmə rənc,Viranə gərək ona, nədir gənc?

Tədbir ilə döndərib məzacın,Sevdasının eyləsən əlacın,

Leyli onun olsun. eylədim əhd,Var indi, sən et əlacına cəhd!"

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri