Ey fəraqi-ləbi-canan, ciyərim xun etdin
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Ey fəraqi-ləbi-canan, ciyərim xun etdin,Çöhreyi-zərdimi xunab ilə gülgun etdin.
Ciyərim qanını göz yaşına tökdün, ey dil,Varə-varə onu Qülzüm, bunu Ceyhun etdin.
Necə hüsn ilə səni Leyliyə nisbət qılayım,Bilməyib qədrimi tərki-məni-Məcnun etdin.
Söylədin kim, tutaram şad könüllərdə məqam,Şad ikən, bu söz ilə könlümü məhzun etdin.
Əhd qıldın ki, cəfa kəsməyəsən aşiqdən,Aşiqi vədeyi-ehsan ilə məmnun etdin.
Cürə-cürə mey içib, ziba-cəmal artırdın,Zərrə-zərrə gözümün nurini əfzun etdin.
Məqtə — şairin təxəllüsü olan son beyt. Ey Füzuli, axıdıb seyli-sirişk ağlıyalı,Eşq əhlinə fəğan etməyi qanun etdin.
Kitabxana.az · https://kitabxana.az/works/fuzuli-ey-feraqi-lebi-canan-ciyerim-xun-etdin
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa iş tutma ki, hər iş eşqi-yar ilə keçər.
Pərilər içrə qəsdi-can edən, evlər yıxan sənsənEdən aşiqlərin qəlbin dəmadəm ləxtə qan sənsən.
Yad edincə bəzmini bir şam kimi canım yanarHər kəsin bəxt ulduzu bir yerdə mütləq parlayar.
Mənə rəhm eyləyib gəldin, rəva gördün sitəm, getdinGəlib bihuş qıldın, huşə gəldim, ey sənəm, getdin.
Başqa şairlərin şeirləri · Eşq
Ey səba, bu ərzimi ərz etgilən cananıma,Bəlkə dərman eyləyə bu dərdi-bidərmanıma.
HarasındadırTərlan quşum itirmişəm, araram,Görüm bu dağların harasındadır
Başına döndüyümUzun illər arzusun çəkdiyim,Getmə, bəri gəl, başına döndüyüm,
HəsəninYarə deyin bizdən qarğış almasın,Yerdə qalmaz ah-zarı Həsənin,