نمودی لطف پیشم آمدی کردی ستم رفتی
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
نمودی لطف پیشم آمدی کردی ستم رفتیرسیدی بیخودم کردی به خود تا آمدم رفتی
Mənə rəhm eyləyib gəldin, rəva gördün sitəm, getdin,Gəlib bihuş qıldın, huşə gəldim, ey sənəm, getdin.
طبیب دردمندانی ولی از بس که بیدردیمرا در کنج غم بگذاشتی با صد الم رفتی
Təbib olsan da dərd əhlinə, dərdin yoxdur aləmdə,Odur qoydun mənim qəlbimdə min dərdü ələm, getdin.
تو آتشپاره من شمع بودم زنده با وصلتدریغا سوختی آخر مرا سر تا قدم رفتی
Məgər mən şəm idim, sən od ki, canlandım vüsalınla,Təəssüf ki, məni başdan-başa yaxdın, o dəm getdin.
رهاندی از غم رسوایی و سرگشتگی ما رانکو رفتی که کردی بسته زنجیر غم رفتی
Xilas etdin bizi rüsvay edən sərgəştəlikdən sən,Əsiri-eşqin olduq, boynumuzda qeydi-qəm, getdin.
ترا ای اشک خونین هیچ قدری نیست در کویشفتادی از نظر از بس که آنجا دم به دم رفتی
Yanında yarımın yox qiymətin, ey qanlı göz yaşım,Gözündən düşdün, əzbəs guyinə sən dəmbədəm getdin.
دلا خواهی پریشان ساخت روز و روزگارم راخطا کردی سوی آن گیسوان خم به خم رفتی
Pərişan ruzigar etdin məni axırda, ey könlüm,O qıvrım zülfə sarı, səhv qıldın, bir qədəm getdin.
Məqtə — şairin təxəllüsü olan son beyt. گلی بردی فضولی تحفه حوران بهشتی رانکو رفتی کزین گلشن به داغ آن صنم رفتی
Məqtə — şairin təxəllüsü olan son beyt. Behişt hurilərinə, ey Füzuli, töhfə bir güldün,Əcəb oldu, sənə dağ çəkdi ol ziba sənəm, getdin.
Kitabxana.az · https://kitabxana.az/works/fuzuli-qezel-392
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Mənə bir mərhəmət ol mahliqa etməyəcək.
Qəmi-cananı bilənlər məni-nalanə yanarAşina cövr eləyir, bax mənə biganə yanar.
Könül, istərdim ol məhru bizə eldən nihan gəlsinOna, qorxum budur kim, bədnəzərlərdən ziyan gəlsin.
Hər kəsin dildə qəmi-simbəri olmuş olaXoşdur eşqində onun çeşmi-təri olmuş ola.
Başqa şairlərin şeirləri · Eşq
Aşıq, nə yar deyib fəğan edirsən?Titrəyir ağzımda, yar, dilim-dilim.
Bab olaHilal qaşlarına yüz bərəkallah,Ayın nə həddi var, ona bab ola.
İncizablarımVəhy ilə səmadan enmədir Quran.Quranla pestidən yüksəlir insan.
Məhəmməd bəy Arifə cavabMən kimi xəstəyə əlbəttə ki, həmam gərək,Necə kim aşiqə bir yari-güləndam gərək.