از پری رویان بدل بردن همین مایل توییآن که می خواهد دل عشاق خونین دل تویی

Pərilər içrə qəsdi-can edən, evlər yıxan sənsən,Edən aşiqlərin qəlbin dəmadəm ləxtə qan sənsən.

بی تو گر باشد بچشمم تیره عالم دور نیسترونق این کارگاه و شمع این محفل تویی

Rəvadır sənsiz aləmlər gözümdə zülmətə dönsə,Cahanın rövnəqi, bəzmi-həyata nurfəşan sənsən.

شد جمال لیلی و شیرین ز شرمت پرده پوشناقصی چندند خوبان دگر کامل تویی

Camalın şövqi qoymuş Leyiyü Şirini heyrətdə,Gözəllər cümlə naqisdir, fəqət kamil olan sənsən.

با توام خوش حال در ملک وجود ای درد عشقبی تو چون باشم انیس من درین منزل تویی

Səninlə xoş keçər, ey eşq dərdi, ömrüm aləmdə,Necə sənsiz qalım? Mən bikəsə arami-can sənsən.

از تو می خواهم مدد در بند زلف او صباز آن که بگشاینده این عقده مشکل تویی

Səba, imdadıma çat, dami-zülfi içər bənd oldum,Xilas eylə məni bu bənddən, müşkül açan sənsən.

گر تویی منسوب بر بیداد او ای دل مرنجبر که عرض نقد حسن خود کند قابل تویی

Könül, rəncidə olma, hər qədər görsən cəfa ondan,Nümayiş etsə hər kəs hüsnünü, qiymət qoyan sənsən.

Məqtə — şairin təxəllüsü olan son beyt. کرده دفع غم عالم فضولی با جنوندر میان مردم عالم همین عاقل تویی

Məqtə — şairin təxəllüsü olan son beyt. Cünun ilə, Füzuli, möhnəti-dünyanı dəf etdin,Ağıllı bir nəfər dünyada vardırsa, inan, sənsən.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq