Könül, yetdi əcəl, zövqi-rüxi-dildar yetməzmi
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir.
Könül, yetdi əcəl, zövqi-rüxi-dildar yetməzmi?
Ağardı muyi-sər, sevdayi-zülfi-yar yetməzmi?
Yetirdi başini gərdun ayağə bari-möhnətdən,
Xəyali-həlqeyi-geysuyi-ənbərbar yetməzmi?
Sənə yetdi əcəl peymanəsin nuş etməyə növbət,
Həvayi-çeşmi-məstü qəmzeyi-xunxar yetməzmi?
Yetər oldu qulağə bangi-rehlət dəhr bağından,
Nə durmuşsan, təmaşayi-güli-rüxsar yetməzmi?
Yetər, cəm eylə bari-məsiyət, təğyiri-ətvar et,
Həya qıl, yoxmudur insafın, ol kim, var yetməzmi?
Hidayət mənzilinə yetdilər səyilə əqranın,
Zəlalət içrə sən qaldın, sənə ol ar yetməzmi?
Füzuli, demə yetmək mənzili-məqsudə müşküldür,
Tutan damani-şəri-Əhmədi-Muxtar, yetməzmi?
Kitabxana.az · https://kitabxana.az/works/fuzuli-konul-yetdi-ecel-zovqi-ruxi-dildar-yetmezmi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Sözün sübutu üçün olsun əldə iki güvah.
Dün eşitdim gülşənə naz ilə etmişsən güzarRəşki-ruyindən yetişmişdir gülə yüzlərcə xar.
Lalə tək qəlbim mənim, ey nazənin, yüz parədirDağlayan hər parəni ol atəşin rüxsarədir.
Şanə, ey gül, o qara zülfünü zinhar eləməGəl ürək bəstərinin həmdəmini xar eləmə.
Başqa şairlərin şeirləri · Eşq
Bir kəs ki, qəm düçarı ola, ağlar, ağlamaz?Ənduhu qüssə yarı ola, ağlar, ağlamaz?
Ömrümün yazısanQənbər Hüseynli bəstələmişdir*Sən gözəl ömrümün baharı, yazısan,
GözlərinGülzar Xotəndir dövreyi-zülfün,Çərayə durubdur ahu gözlərin,
QayıtmaSəni xatırlaram ömrün başında,Barmağın son dəfə dəyəndə simə.