Könlüm açılır zülfi-pərişanını görgəc,Nitqim tutulur qönçeyi-xəndanını görgəc.

Baxdıqca sənə qan saçılır didələrimdən,Bağrım dəlinir navəki-müjganını görgəc.

Rə’nalıq ilə qaməti-şümşadı qılan yad,Olmazmı xəcil sərvi-xuramanını görgəc?

Çox eşqə həvəs edəni gördüm ki, həvasınTərk etdi, sənin aşiqi-nalanını görgəc.

Kafər ki, degil mö’tərifi-nari-cəhənnəm,Imanə gələr atəşi-hicranını görgəc.

Naziklik ilə qönçeyi-xəndanı edən yad,Etməzmi həya lə’li-dürəfşanını görgəc?

Məqtə — şairin təxəllüsü olan son beyt. Sən hali-dilin söyləməsən, nola, Füzuli,El fəhm qılır çaki-giribanını görgəc.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq