Yuxuma girmişdi, kömək istədi,yüyürdüm, gördüm ki, yol yarı olub.Bir az su istədi, çörək istədi,İlahi, nə gözəl anlarım olub.

Qulluq eləyəydim ömrüm uzunu,getdiyim yer uzaq, yol qar olaydı.Təzədən görəydim bir yol uzunu,vaxt özü bircə yol təkrar olaydı!

Həkim çağıraydım, dərman gəzəydim,dadaydım tamını ağrı-acımın.Sonuncu yarpaq tək üstə əsəydim,Sara! – çağırdığım sərv ağacımın.

Saçını darayıb müti duraydım,qalxıb gəzinəydi o yavaş-yavaş.Yanında bir az da çox oturaydım,Üzünə bir az da çox baxaydım kaş.

Mənim bəxtim idi məni səsləyən,eşidib qalxmışdım mən bu fəryadı.Bəxtini gözüylə görmək istəyənbaxsın qadınına –bəxt yanındadı!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Fələk və tale