Cəsədim möhnətə, narə qalandıYandırıb döndərib küllərə məni.Dərdim dərya kimi coşub bulanırQərq edər ümmana, sellərə məni.

Əyibdi işimi qəzavü qədər,Dolandım dünyanı tamam sərasər,Gedər bu dərdi-qəm mənlə bərabərAxıdar çaylara, göllərə məni.

Ağ Aşıq həsrətdi biçarə yarə,Görəsən olarmı dərdimə çarə?Müddətdir düşmüşəm qürbət diyarəFələk saldı qərib ellərə məni.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Hicran