Ata, əzizim ata,Məktubun gəldi, çatdı.Ürəyimdə nə qədərXatirələr oyatdı...

Oxudum hər cümləni,Hər sözü dönə-dönə,Elə bil qulaq asdımO qayğılı səsinə.Elə bil ki, əllərin –Saçımda gəzdi, ata.Bizi həsrət qoymağaÜzü dönmüş ayrılıqYaman tələsdi, ata.Söylə, mən nece susumNecə ovunum, ata.Gözlərin yolda qalıbQurbanın olum, ata.Oxudum məktubunu,Hər kəlmədə qəlbininVurğusunu eşitdim.Anamın üsyan doluSualını eşitdim,Balasından aralıKim dözər, siz dözdünüz.Günləri həftə-həftə,Ay-ay sapa düzdünüz...Aylar da gəldi keçdi,İllər də, işə bir bax.Gözünüz yorulmadı,Yollara baxdı ancaq.Oxudum məktubunu,Yazırsan “təzə ağacƏkmişəm neçə-neçə.Yəqin çiçəkləyəcək,İnşallah, sən gəlincə”...Yazırsan “sən gedəndəBaba deyildim hələ.İndi babayam, qızım.Baxanda uşaqlaraDüşünürəm ki, özüm –Bir el-obayam, qızım”...Mənim mehriban atam,Gücüm çatmır səndəkiO dərya ülviyyətəMən nəğmələr yaradam.Hər sözündə bir ümid,Hər cümləndə inam var.Ümid, inam olmasa,Necə yaşayar görənYer üzündə insanlar!Nə yaxşı ki, ümid var –O mənə dayaq oldu...Təlatümlü yollardaYapışıb əllərimdənYolumda çıraq oldu...Daşlı-kəsəkli yollarƏzsə də ayağımı,Qaldırım başım üstəMən arzu bayrağımı.Yormadı yollar məni,Dayanmadım yarıda.Bu həyat yollarında,Qarşıladım can ata,Qışı da, baharı da...Bu inamı, bu səbriSəndən öyrəndim, ata.Gül açdı arzularımİradəmin qüdrətliƏlindən tuta-tuta...Oxudum məktubunu, –Azaldı yanğım mənim.Bu əl boyda kağızlarDarıxanda, inan ki,Oldu dayağım mənim.Yazırsan ki, “ömrümünÖtdü altmış beş yazı,

Çatdı altmış beş qışı.Saçımda, saqqalımdaBu illərin naxışı” –Sonra yenə ümidlər,Sonra yenə təsəlli...Can ata, nəyə gərəkİndi mənə təsəlli?Mən səndən ayrılandaSən mən yaşdaydın, ata.Mən də yaşadım, ata,Sən də yaşadın, ata.İnandıq babalarınHikmət dolu sözünə.Qalib gəldik neçə yolÖlümün də özünə.Arabir kövrəlsən də,Qınamaz heç kəs səni.Əsla söndürmək olmazBu ata şəfqətini,Ata məhəbbətini.Yazırsan, “o sevdiyinNərgizə, bənövşəyəQoymuram soyuq əllər,Soyuq nəfəslər dəyə”.Yazırsan, “ananın daQoymuram bir yol beləSaçı hənasız qala.Küskünlük nəyə gərək,Dost-düşmən var, ay bala.Eşidirəm dünyanınYaxşısını, pisini.Eşidirəm mən yenəHaqqın böyük səsini.Dünyanın sabahınaÜrəkdən inanıram.Bu inamla, ay qızım,Sanki, cavanlaşıram...”Oxudum məktubunu,Bu iradən, inamın,İlhamım oldu, ata.Sahilsiz arzulardanSahili görünməyənNəğmə doğuldu, ata.Hər şeirdə, nəğmədəVətəni, eli andım,Ata yurdunu andım,Elimin, vətəniminSabahına inandım,Sabahına inandım.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri