Xəbərçi
Ağır işdir işi,Xəbər daşıyıriki ev arasında...İki dost arasında yaşayır.Qulağı həmişə şəklənmiş olur,Hər söhbətə qəmiş olur.Pəncəsi üstədirgəlişi-gedişiƏvvəllər bu arvad sənətiydi.İndi verib bu sənətə özünübir neçə kişi.Həmişə qulağı qapı dalındadı,qıyılmış gözləriaçar deşiyində.Böyükləri hamamda da pusur,Körpələri pusur beşiyində.Səs bir səsə bənzədimi,söz bir sözə bənzədimi,köhnədimi, təzədimifərqi yoxdu.Cəfa basıb canınaçatdıracaq öz ünvanına.Bəzən “sağ ol” alır,bəzən söyülür, döyülür.Olur ki, lap biriqapı dalında ölür.Nə olsun, sənətdir!Hər sənətin
öz ölümü, itimi olur.Hər sənətin ərköyünü,adamlısı, yetimi olur.Bu da “sənətdi”Kişilər canına cəfa basır,daşın da ürəyinə qulaq asır.Öz evində kişi olsa da adıya paçanın arasında,ya da qoltuğundadı.Xörəyinə qarışıbboğazından ötür.Tükə dönürqulağının dibində bitir.Axırı ki, mətləbinə yetir.Əkir ədavəti,vurur aranı.Həmişə kimisə axtarırheç görmədim onu axtaranı.
Kitabxana.az · https://kitabxana.az/works/fikret-qoca-xeberci
← → düymələri ilə keçid, R — təsadüfi şeir