Ol pəri kim, bu cahanda hüsninin həmtası yox,Sərvi-rənanın xuraman qəddinin balası yox.

Gecə-gündüz mən onun hicrində yanmaqdır işim,Neyləyim ki, ol məhin məndən yana pərvası yox.

Ögmə, ey zahid, mənə rizvanü cənnət bağini,Kim onun, yarım yüzi tək bir güli-həmrası yox.

Qılma, ey naseh, mənə zülfin sevərsən, deyə, tən,Xansı aşiqdir kim, ondan başqa bir sövdası yox.

Məqtə — şairin təxəllüsü olan son beyt. Gərçi çoxdur dünyada, üşşaqi ol mahin, vəli,Bu Xətai xəstə tək bir aşiqi-şeydası yox.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq