Sözünü bir söyləyəninSözünü edər sağ bir söz.Pir nəfəsin dinləyəninYüzünü edər ağ bir söz.

Bir söz vardır xalq içində,Dəxi söz var xülq içində,Olmaya ki, dəlq içindəDeyəsən çarqadağ bir söz.

Söz vardır, kəsdirər başı,Söz vardır, kəsər savaşı,Söz vardır ağulu aşı,Bal ilən edər yağ bir söz.

Sözünü yaxşı bişirgil,Yaxşı us ilə düşürgil,Yaramazını şaşırgil,Canına olur dağ bir söz.

İstərəm görəyim yarı,Bu rəmzi anlagil barı,Hezaran əhli-iqrarıElər qara toprağ bir söz.

Şah Xətayi ayatından,Sözün söylə öz zatından,Olmaya kim, pir qatındanSəni edə irağ bir söz.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri