Gəlgil ey dil ki, muğan kuyinə ahəng edəlim,Bizə qayğu çəri çəkdi, varalım cəng edəlim.

Şişeyi-zöhdü səlamət daşilən sınduralım,Təqvayi-duni gərək badeyi-gülrəng edəlim.

Neçə gün dərd elədim piri-muğan qulluğunu,Kəsbi-fəzlü hünərü danişü fərhəng edəlim.

Edəlim cəhd əgər qılsa mədəd dövləti-vəsl,Bu cahan mülkini hicran elinə təng edəlim.

Məqtə — şairin təxəllüsü olan son beyt. Kişvəri tək girəlim müğbeçələr söhbətinə,İstimai-nəfəsi-udü neyü çəng edəlim.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Hicran