Xandə kim, varsan sana var Tanrı yar olsun bəgüm,Hafizi-canü tənün pərvərdigar olsun bəgüm.

Görməgil-badi-xəzandan girdi-ğəm, ey sərvinaz,Gülşəni-hüsnündə daim növbahar olsun bəgüm.

Dövlətün cami ləbaləb badeyi-işrət bilə,Cavidani ömrü cahın bərqərar olsun bəgüm.Asitanın busitanında ki, cənnət bağıdur,Bülbüli-xoşxan mənim tək səd həzar olsun bəgüm.

Şətt qırağında meyi-Mosul içib əhbab ilə,Kişvəridən bu ğəzəl həm yadigar olsun bəgüm.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar