Çeşmi-siyahuna sənəma, sənçi salmışam,Qıl bir nəzər mana ki, qara gündə qalmışam.

Hər bixəbər söziylə səni tərk edərmiyəm,Mən kim, iki cahanı verib sizni almışam.

Vəslin daxı gər olmasa, hicrində həm xoşam,Mən ol səməndərəm kim, od içrə olalmışam.

Hər xanda kim, dəhanun içün püstə söz demiş,Qatlanmayıb mən ağzına daş ilə çalmışam.

Məqtə — şairin təxəllüsü olan son beyt. Ey piri-meyfüruş mana Xızri-rah bolKim, xəstə Kişvəri təki qatı munalmışam.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Hicran