Canım ana, gözüm ana,Bir dua qıl, mən də gedim.Sənə qurban özüm, ana,Bir dua qıl, mən də gedim.

Südün mənə halal elə!Bir xudadan sən də dilə!Mən də gəlim gülə-gülə,Haq deyənə əməl edim.

Qurbaniyəm, vara-vara,Qurban olum nazlı yara.Gecə-gündüz yolum ora,Sir sözümü sənə dedim.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri