Naləkünan düşdü yola muşlər,Seyhəzənan cümlə o mədhuşlər.Qəti-mənazil eləyib bafəğan,Teyyi-mərahil eləyib xunçəkan.Gördulər Kirmanda siçan şahını,Tövf eləyib əcz ilə dərgahını,Eylədilər ərz ki, ey padşah,Şahi-cahan, sərvəri-aləmpənah!Dad əlindən pişiyin, dad, dad,Görməmişik biz bu sifət bədnihad!Var bizim ölkədə bir bəd pişik,Düşməz ələ bir belə mürtəd pişik.Gahi yəhud, gah müsəlman olur,Gah dönüb abidi-dövran olur.Bundan əzəl ki, nə müsəlman idi,Bir siçana qaneyi-dövran idi.İndi bu ildən ki, müsəlman olub,Rəğbəti çox, hirsi firavan olub.İndi tutur bir nəfəsə beş siçan,Görmüş idik biz belə möhnət haçan?Qapuva gəldik bizə imdad elə,Qəmli olan könlümüzü şad elə.Eylə bizi çəngi-pişikdən xilas,Çakəri-məhzik sənə, bir əbdi-xas.Dərgəhi-iclalə gətirdik pənah,Eylə əlac, ey şəhi-əncüm sipah!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Mədhiyyə