Evdə bir şəxs itirdi bir suzən,Çıxıban axtarırdı bərzəndən.Bildi bir şəxs çün bu əhvali,Dedi: – Ey əqlü fəhmdən xali,Evdə suzən itirmisən əlan,Kuçədən axtarırsan, ey nadan.Dedi: – Var bunda nükteyi-barik,Kuçə rövşəndir axır, ev tarik.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri