Bihəmdilləh, yolunda aqibət xak oldu can, tən həm.Qutardın şivənimdən sən, bəlayi-hicrdən mən həm,Tükəndi dərdi-eşqin, məndən oldu qət şivən həm,Həm oldum mən məlalü qüssədən asudədil, sən həm.

Xəyali-nərgisi-didar ilə bimardır könlüm,Düşübdür atəşi-eşqə sərapa nardır könlüm,Qədü rüxsarın hicranilə gərçi zardır könlümKi, şad etməz onu nəzzareyi-şimşadü gülşən həm.

Gülüstani-cəmalından düşübdür ta cüda könlüm,Çəkər hər ləhzə bülbül tək nəva, bu binəva könlüm,Durubdur öylə çün künci-qəfəsdə mübtəla könlümKi, etməz arizuyi-aşiyanü meyli-gülşən həm.

Qılıbdır rüzgarım qarə zülfi-ənbərəfşanın,Edibdir könlümü məcruh zəxmi-tiri-müjganın,Salıbdır Seyyidi bir halə kim, əyyami-hicranın,Görüb əhvalın, ey birəhm, ağlar dustü düşmən həm.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq