Şahın cavabı
Sərvəri-muşan eşidib bu sözü,Tünd qızardı acığından gözü,Söylədi: – Siz səbr eləyin bir zaman,Mən edərəm cəm sipahi-giran;Cəm edərəm ləşkəri-cərrarımı,Təblü ələm, yavərü sərdarımı.Bir neçə gün siz mənə mehman olun,Töməçeşi-neməti-əlvan olun.Aşü plovdan götürün kamlər,Eyş qılın, nuş eləyin camlər;Bərreyi-büryanü şərabü kəbab,Nöqlü məzə, firniyü dolma, qutab.Onlara lakin yemək idi həram,Nalə edərlərdi fəğan sübhü şam.Dərd ilə bir həftə fəğan etdilər,Gözlərini əşk-fəşan etdilər.Oxudular fatihə əmvat üçün,Neçə qazan asdıla xeyrat üçün.Qoydu olar xonçaya həlvaləri,Paylamağa cövzü münəqqaləri.Gəldilə qəbr üstünə əfğan ilə,Başı açıq, dideyi-giryan ilə.Ağladılar bir neçə gün dərd ilə,Oxşadılar mürdələri fərd ilə.
Kitabxana.az · https://kitabxana.az/works/seyid-ezim-sahin-cavabi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Sədi, ol köhnə bülbüli-ŞirazBu sifət eyləyib bu nəqli təraz –
Bir ərəbin Əlidən sualıBir ərəb Mürtəzadən etdi sual –Key sipehri-ülumü bəhri-kəmal,
Musa və çoban əhvalatıBir gün olmuşdu Həzrəti-MusaCanibi-Turi-pakə rəhpeyma.
Hekayət (Yoxdu bir kəsdə ki, sücud ilə cud)Yoxdu bir kəsdə ki, sücud ilə cud,Yaxşıdır ki, ədəm ola o vücud.
Başqa şairlərin şeirləri
Bir məclisə varanda özüni ögməŞeytana can verib yoxsuli döqmə,
AçıldıƏqlim başdan getdi, xiyalım çaşdı,Giriban çak oldu, bellər açıldı,
MürəbbəQanamıq məni, doğrusın deyim,Məni yüz min dərdə salan yar budur
Bu günBaşına döndüyüm ay Mah xanım,Ol güllü bağlara varmışam bu gün