Sədi, ol köhnə bülbüli-ŞirazBu sifət eyləyib bu nəqli təraz –Ki, neçə əhli-hal ilə həmdəmEyləyirdim səyahəti-aləm.Eylər idik həmişə seyrü səfər,Şəhrdən şəhrə mah kimi güzər.Kəsb edirdik təcarübi-büsyar,Bir gün əqsayi-Ruma düşdü güzar.Dedilər var bu mülkdə bir kəsSahibi-küsfəndü xeyli-fərəs.Var onun dövləti-firavanı,Gecə olmaq gərəkdü mehmanı.Bu gecə ta ki istirahət edək,Sübh olanda yenə səyahət edək.Cümlə bu fikrə tövəman oldu,Kəbeyi-kuyinə rəvan oldu.Görcəyin bizləri o sahibmalÇıxıban tışra, etdi istiqbal.Açdı mehrab tək bizə ağuş,Qıldı xəm qəddin, eylədi kürnuş.Baş əyib eylədik rükuü sücud,Halətindən könül olur xoşnud.Hamının öpdü əl-ayağından,Gəh üzündən, gəhi dodağından.Tutduq ol vəqt kim, hamı aram,Durdu ol eylədi nəmazə qiyam.Sübhi-sadiq olunca ol kəzzab

**Söylədi:–”Ya müfəttihül-əbvab”.Yatmadı sübh olunca mərdi-bəxil,Gah təsbih qıldı, gah təhlil.Qılmadı hiç mahəzər tərtib,O gecə aç qaldı qövmi-qərib.Oldu çün karivani-sübh əyan,Mehr olub xani-sübhə qürseyi-nan,Aşikar oldu çün rəğif şüa,Sufilər mizbanı qıldı vida.Yenə bir-bir öpüb bizi o bəxilQıldı təzim, eylədi təbcil.Dedi bir sufi: – Ey fələkşövkət,Fövci-dərvişə bu deyil hörmət.Busə təshif ilə sən eylə əta,Busədən acə tuşədir ula.Xidmətimə çevirmə kəfş mana,Başa başmağı vur, zər eylə əta.Nan ilə mehmanı qıl ezaz,Təbli-bihudətək nədir avaz.Hər kəramət ki, var səxavətdir –Ki, səxa əfzəli-ibadətdir.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri