Bir bilən yox ki
Bir bilən yox ki, nə çəkər sənsiz,Sənin eşqinlə yaşayan könlüm?!Sən keçən yolda görərək bir iz,İzin üstündə ozana döndüm!
Çəkdiyim dərdi saza anlatdım,Dərdli barmaqla teli ağlatdım!“Bizə gəl!” dedin, bir addım atdım,Bir addım yolda min cənnət gördüm!
Bulaq üstündə yığışır qızlar,Geciksən bir az, ürəyim sızlar!Soruşdum, bulaq dedi məndə var,Suda əksini axtarıb tapdım!-Hacıkənd, 1918*
Kitabxana.az · https://kitabxana.az/works/cavad-bir-bilen-yox-ki
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Biçarə dilcugöz yenə hüznlə məyal olur,Qəm ləşkəri hücum ilə verməz məcal olur.
"Ay"a“Boşluq diyarında çıx dolaş” deyə,Səni kim fırlatmış o dərinliyə,
Adsız şeirKolxozlu ellərin bərəkətindən,Bərəkətli elin hərəkətindən,
Al bayrağaGül rəngində bir yaprağınOrtasında bir hilal!
Başqa şairlərin şeirləri
Arizin görmək ilə tərk-i dil ü can etdim,Bağrımı ləblərinin şövqi ilə qan etdim.
QızlarBir bölük sona tək göllər üstündəDüzülüb dönübdür durnaya qızlar.
Qəzəl: Ey ke həmhücreyi-mayiای که همحجرهٔ مایی ورق زهد بشویوی که ثابتقدمی غیر ره عشق مپوی
Olmusan can verməyə amadə, xoş gəldin, oğulOlmusan can verməyə amadə, xoş gəldin, oğul,Get boyun qurbanı, ey şəhzadə, xoş gəldin, oğul.