Mənəm
Zodlu Abdulla:Arif məclisində, qanan yanında,Hər sözü dillərə yayılan mənəm.Eşqin atəşidi yanan canımda,Qəza qamçısıyla döyülən mənəm.
Həsən Xəyallı:Ənbiyalar, övlüyalar şənində,Zülaldan söhbəti sayılan mənəm.Arif məclisində, alim yanında,Bal kimi kəlməsi yeyilən mənəm.
Zodlu Abdulla:Taqət olmaz qəriblərin dizində,Mürvət olar mərd igidin özündə.Səksənində, doxsanında, yüzündəQəflət yuxusundan ayılan mənəm.
Həsən Xəyallı:Bir qərib səyyaham bu qürbət eldə,Haqqın min bir adın zikr edən dildə.Ümman dövlət-vardan qalmayan əldə,Vətən həsrətindən əyilən mənəm.
Zodlu Abdulla:Yatmış idim, bəxtim məni oyatdı,Qəzanın qədəri kəməndin atdı.Mahalım Göyçədi, ünvanım Zoddu,Sənətkar Abdulla deyilən mənəm.
Həsən Xəyallı:Zəmanə namərdi mərdə tuş etdi,Düzəlməz könlümün şadlığı getdi.Mahalım Göyçədi, kəndim Daşkənddi,O, Həsən Xəyallı deyilən mənəm.
Kitabxana.az · https://kitabxana.az/works/usta-abdulla-menem-2
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Hicran
Nə eşq olaydı, nə aşiq, nə hüsni-dilbər olaydı,Nə ayinə, nə səfa, ey könül, nə cövhər olaydı.
QəriblikSən yatırdın... yuxudaydın hələ sən,kim qıyardı gedib vaxtsız oyada.
İndiGöz yaşından namə yazdım, yolladım,Oxuyub dərdimi qanalar indi
Gecəyarı Qahirənin küçələrindəBilsəydim ki, sən mənimlə barışacaqsan,Bilsəydim ki, sən mənimlə görüşəcəksən