Yadımdadır, hər axşam, nurlu günəş batandaMənim uşaq qəlbimin öz günəşi doğardı.Ayağının səsləri qulağıma çatandaSevincim nə yerlərə, nə göylərə sığardı.

Ah, sənsiz keçirərkən günümü küçələrdəGözlərim zaman-zaman gəzər, səni arardı,Ah, gözüm görməsəydi, könlüm düşərdi dərdə,Çünki kiçik qəlbimin böyük aləmi vardı.

Yadımdadır, hər səhər qapını örtüb yavaş,Taleyə tapşırardın mənimlə evimizi.Qayıdardın yanıma, bir də qaralanda qaş,Deyərdin: – tək yaratmış oğul, yaradan bizi.

Təzə geyim görmədi, ayağım da, başım da,Sən uda bilməyirdin bu qüssəni, bu dərdi.Səni hər axşam çağı görən kimi qarşımda,Əynim çılpaq olsa da, ürəyim bəzənərdi.

Gecələri ən əziz, şirin qənimət kimiSəninlə bir keçirər, danışardım dinərdim,Orda mən zəhəri də içərdim şərbət kimi,Çünki sənin qoynunda sübhədək isinərdim.

Yadımdadır bir axşam səni yenə gözlədim,Hər keçəni anamdır deyə xeyli izlədim,Yol üstə çox dayandım, amma daha gəlmədin,Ümidimi bağladım lap sabaha, gəlmədin.

Qayıtmadın bir daha evimizə sarı sən,Məni öz ağuşunda isidəydin barı sən,Zaman keçdi, il ötdü sən məni tək qoyalı...Aradım, gəzdim səni ürəyimdə ağrılar.

Mənim üzümə güldü həyatımın iqbalı,Səninsə məzarına yağdı qalaq-qalaq qar.İndi budur gecədir, anıram keçənləri,Nə səs var, nə səmir var kiçik aşıyanımda.Sən məni tərk edəni yalqız qoyandan bəri,Səni hər zaman, anam, hiss edirəm yanımda!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri