Elə bilki dünəndi...Ayaq yalın, baş açıqMin haray qoparardım.Dəcəldim, ərköyündüm,Başdan tük aparardım.Elə bilki dünəndi...Əlimdə təzə çantamYanımda anam, atam,Ah... necə sevindilər!Dərsə getdim bir səhər.Elə bilki dünəndi...Ürəyimə ilk dəfəBir qızın eşqi düşdü.Günüm, ayım o qızınXəyalilə ötüşdü.Babalar söyləmişkən:O, gün oldu, mən də qar.

Yaman dərdə düşürmüşÜrəkdən vurulanlar.Elə bilki dünəndi...Göy gurladı, yer əsdi,Alay-alay qoşunlarCəbhələrə tələsdi.Anam, əlində fincan,Çölə çıxdı dalımca,Yana-yana atdı su,Gözlərindən yaş olubAxdı ürək arzusu.Elə bil ki, dünəndi...Qayıtdığım davadan,Barıt iyi gəlmədi,Burnumuza havadan,Xatirələr nə çoxdurŞirin, acı, qara, ağ,Bəzən yada salırsanXəyallara dalaraq.Acının öz yeri var,Şirinin öz məkanı,Xəyallar ağuşundaYaşatmırmı insanı?Elə bilki dünəndi...Totuq bir oğlum oldu.Eşqimin ilk müjdəsi.İndi də qulağımdanGetmir ağlamaq səsi,İndi də gözlərimdənGetmir iməkləməsi.Sonra bir qızım oldu,Bir oğlum da, son beşikƏlindən zara gəldiHəyət-baca, ev-eşik,Elə bilki dünəndi...Komsomola keçdiyim,Cəbhədə, od içindəDiz çöküb, and içdiyim.

Elə bilki dünəndi...Toyum da, düyünüm də,Elə bilki dünəndi...Otuz il bundan qabaqKeçirdiyim günüm də!Elə bilki dünəndi...Doğrudan da dünəndi,Tamam oldu qırx yaşım.Dünənlərin yolundaGördüm ağarıb başım.Gördüyüm dünənlərinXatirəsi demirəmAxdı, getdi sel kimi,Başsız əsən yel kimi.Qırışları üzümdə,İntizarı gözümdə,Söhbətimdə, sözümdə,İzləri qaldı, ancaq,Dostlar, söyləməyin ki,Zeynal qocaldı, ancaq.Vaxt gələr, oğlum Əli,Fikirli düşüncəli,Məni gətirər yada,Söyləyər əlbət, o da– Elə bilki dünəndi...Atam bu evdə sağdı,Qocalıq olmasaydı,Yüz il yaşayacaqdı!..

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri