Bir şəyird ki, ustadına kəm baxar,Mövlam etsin ona nasağı tək-tək.Qohumdan xəcalət, eldən şərməndə,Dili cüda etsin uzağı tək-tək.

Qətrəsi xəyatı, bədəni dürdən,Xudam xəlq eyləyib bir qətrə nurdan.Fincanlar bəzənib ləli-gövhərdənQaynayır zülaldan bulağı tək-tək.

Aşıq Alı eylər canı sadağa,Neçə min məleykə dönmədi bağa,Behiştin meyvəsi başdan-ayağaYetişdi Səncərin budağı tək-tək.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri