Dedilər xəlq ki, var badeyi-həmradə fərəh
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Dedilər xəlq ki, var badeyi-həmradə fərəh,Yarsız görmədim ol cami-qəməfzadə fərəh.
Yarsız neyləyirəm seyri-gülü gülzarı,Olmasa yar, olumu cənnəti-məvadə fərəh?
Şəbi-meraci-visalın məni zar etdi rəqib,Görmədim, seyr elədim çərxi-müəlladə fərəh.
Çeşmi bimarına mərbutdur, ey gül, fərəhim,Baxmışam yüz kərə, yox nərgisi-şəhladə fərəh.
Dağım olduqca füzun şad olur aşüftə könül,Tifl üçün eyddə var ziynəti-kaladə fərəh.
Yarımın adını bildikdə fərəh hasil olur,Onu təshif eləsən var bu müəmmadə fərəh.
Məqtə — şairin təxəllüsü olan son beyt. Seyyida, eylə fərəh, çəkmə bu dünya qəmini,Çünki beş günlük olur bülbüli-şeydadə fərəh.
Kitabxana.az · https://kitabxana.az/works/seyid-ezim-dediler-xelq-ki-var-badeyi-hemrade-fereh
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Eşq
Bir nigarı istərəm aləmlərin əlasıdır,Ruzgarın bağı içrə novgüli-rənasıdır,
Mərizi-eşqə əlac eyləməz təbib, ölməMərizi-eşqə əlac eyləməz təbib, ölmə!Bu dərdə carə edər visləti-həbib, ölmə!
Ürəyim çox yaman sancdıÜrəyim çox yaman sancdı.Dedim ölüm sevgi kimi ürəyimə
Ol zaman mən edərəm zövq ilə bu candan həzzOl zaman mən edərəm zövq ilə bu candan həzzKi, yetib vəslə, edəm söhbəti-canandan həzz.