Şagirdlərin müəllimə kələk gəlmələri
Var idi bir müəllimi-dana,Xoşzəban, xoşədavü nüktəsəra.Oxudurdu neçə nəfər ətfal,Məktəbi olmuş idi malamal.Dərsi-ətfalə diqqət eylərdi,Onlara çox siyasət eylərdi.Dərsü təlimü bəhsü məşqü səbəqTifl üçün napəsənddir əlhəq.Təbi-ətfal ləbə maildir –Ki, hənuz əqli qeyri-kamildir.Oldular dərsü bəhsdən diltəng,Etdilər ustadə hiyləvü rəng.Məktəbə kim ki, gəldi vəqti-səhər,Etdi rüxsari-ustadə nəzər.Dedi: – “Ey ustadi-dövranım,Sənə qurban ola mənim canım!Nə səbəbdən bu gül üzün qaralıb?Gözlərin ağı sərbəsər saralıb?Gözün üstü şişib, olubdu qovuq,Zahirən bu gecə dəyibdi soyuq?”Hər biri gəldi məktəbə bu sifətMollanın canına salıb vəhşət.Qüvveyi-vahimə ziyad oldu,Mollanın rəngi xövfdən soldu.Var ikən əvvəli səhih bədən,Aqibət naxoş oldu vahimədən.Dedi molla ki, həqqi, ey ətfal.Mən bu gün xeyli olmuşam bihal;Görünür, məndə var əlaməti-təb,Heç söz yox, soyuq dəyibdi bu şəb,Ürəyim eylə qusmağa qalxır,Dəmbədəmdən qulaqlarım salxır.Bəs gedim evdə rəxtxabə girim,Özümü ölməmiş, evə yetirim.Eyləsin övrətim imalə məni,Bəlkə gətsin imalə halə məni.Sizə verdim bu həftəni möhlət,Gər tapam mən bu haldən səhhət,Yenə baş üstə, eylərəm təlim,Qoymaram sizləri bu gunə yetim.Səhhətimçün gedin dua eləyin,Əgər öldüm, məni səna eləyin.Ta ki məktəbdən oldular azad,Etdilər bir-birə mübarəkbadDedilər cümlə, ey xudayi-ənam,Mollanın ömrünü tez eylə təmam.Binəva molla getdi xanə tərəf,Yolda az qalmış idi ola tələf.Rəxtxabi döşətdi, yatdı hərif,Günbəgündən vücudi oldu zəif.Yenə şagirdlər gəlib hər günMollanın könlünə qoyurdu düyün.Hiylə ilə o firqeyi-rubah,Ustadə baxıb çəkərdilər ah.Biri nagəh yalandan ağlardı,Birisi nəşini qucaqlardı.Mollanı tutdu aqibət vəhşət,Dari-dunyadən eylədi rehlət.
Kitabxana.az · https://kitabxana.az/works/seyid-ezim-sagirdlerin-muellime-kelek-gelmeleri
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Vəsli-yar ilə yetişdi hamı bayramə, könül,Yetmədin dövləti-didar ilə sən kamə, könül.
Mənə hicrində o növ ilə degil surəti-halMənə hicrində o növ ilə degil surəti-halKi, sual etsən ola qüvveyi-təqrirə məcal.
Gülşənlər içrə gər açıla səd həzar gülGülşənlər içrə gər açıla səd həzar gül,Sənsiz, gülüm, gəlir gözümə nişi-xar gül.
Nə bu gün bağdə yarım, nə meyim var mənimNə bu gün bağdə yarım, nə meyim var mənim,Seyri-gülzardə bihudə nəyim var mənim?
Başqa şairlərin şeirləri
در لطف عامی، نام تو نامی
SamovarBir şux sənəm tərfəcə dilbərdi samovar,Bir qədi səhi sərvi-sənubərdi samovar,
Qəzəl: Atəşin göynər özü sineyi-suzanımçünAtəşin göynər özü sineyi-suzanımçün,Bəhr hər dəmdə açar didəyi-giryanımçün
Ağa ŞeypurYazdım sənə bu naməni pünhan, ağa Şeypur!Xəlvətdə oxu, tap mənə dərman, ağa Şeypur!