Sənsiz fəzayi-cənnəti-məvadə yox fərəh
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Sənsiz fəzayi-cənnəti-məvadə yox fərəh,Ətrindən olmasa güli-rənadə, yox fərəh.
Eylə mərizi-eşqə ləbin çarə, ey həkim,Məcuni-ləli-nabi-müsəffadə yox fərəh!
Derlərdi zəfəranı müfərreh, nədəndi bəs,Rəngim saraldı, yarə bu mənadə yox fərəh!
Busə nə qədr çox ola xoş, laəqəl iki,Məşhurdur ki, buseyi-tənhadə yox fərəh.
Meydən murad buseyi-sağərdir, ey könül,Məşrutu olmayan meyi-səhbadə yox fərəh.
Meracın ilə oldu fərəhnak ərşiyan,Sənsiz, həbibim, ərşi-müəlladə yox fərəh.
Məqtə — şairin təxəllüsü olan son beyt. Nadan tapar həmişə fərəh vəsli-yardən,Seyyid, cahanda xatiri-danadə yox fərəh.
Kitabxana.az · https://kitabxana.az/works/seyid-ezim-sensiz-fezayi-cenneti-mevade-yox-fereh
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
İsm özü bir ismdir, amma müsəmma müxtəlif,Gövhəri-şəhvar birdir, leyk dərya müxtəlif.
Bir mahı sevib, çərxə təmənnadən usandıqBir mahı sevib, çərxə təmənnadən usandıq,Bu düşməni-kəcbinə müdaradən usandıq.
Ta dəhanın sirrinə pinhan tələbkar olmuşuqTa dəhanın sirrinə pinhan tələbkar olmuşuq,Yox olubdur varımız, dərdə giriftar olmuşuq.
Nə xoşdur bir zaman bir dilbərin eşqində zar olmaqNə xoşdur bir zaman bir dilbərin eşqində zar olmaq,Ümidi-vəsl ilə hicrində müddət biqərar olmaq.
Başqa şairlərin şeirləri · Eşq
Qədəm basdın didələrim üstünə,Sən xoş gəldin, səfa gəldin, sevdiyim.
ای کرده متجلی رخت از دیده هر خوبوی حسن و جمال همه خوبان بتو منسوب
EylərEy ağalar məni niyə qınarsızEyləsə dərdimə bu dərman eylər
Vükəlayi-millətəGətməsə Batmanqılıc tranə, nəzm etməz qəbul,Cəlb edək ol zatı iovriyyəlle, Allah eşqina.