Vəfa rəsmin tutub gəl, ey pəri, cövrü cəfadən keç
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Vəfa rəsmin tutub gəl, ey pəri, cövrü cəfadən keç,Əgər adəmsən, insaf et, bu vəzi-narəvadən keç.
Gözüm yaşından, ey sərvi-rəvan, rəncidə olmuşsan,Bu təsiri-sitarəmdir, gəlib ol macəradən keç.
Pərişanlıqdan ol zülfü dedim dün nafeyi-Çindir,Çevir öz başına, ey gül, məni, sən ol xətadən keç.
Dəhani-yardən bir söz təmənnasindəsən çoxdan,Nə çıxsın yoxdan, ey dil, bir usan, bu müddəadən keç.
Həsiri aləti-təzvir edib əgləşmə məsciddə,Gəl, allahı sevərsən, zahida, son bu riyadən keç.
Səfayi-xatir olmaz aşiqə meyxanəsiz, ey dil,Əgər bu Kəbədən çəkdinsə əl, bəs get Səfadən keç.
Məqtə — şairin təxəllüsü olan son beyt. Cahan mülkündə, Seyyid, yoxdu bir ehsani-biminnət,Şikəstə xatirə səbr eyləyib, ol mumiyadən keç.
Kitabxana.az · https://kitabxana.az/works/seyid-ezim-vefa-resmin-tutub-gel-ey-peri-covru-cefaden-kec
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Eşq
Bahar oldu, qurı çaylar daşalı,Sökuldu könlümün bəndi, neylim.
Qəzəl: Əbləh oldur kim cahan mülkündə daim qəm qılarƏbləh oldur kim cahan mülkündə daim qəm qılar,Ey xoş ol kəs bivəfa dünyaya rəğbət kəm qılar
Dağıtsam hər tərəf zülfi-səmənsanı, ağan canıDağıtsam hər tərəf zülfi-səmənsanı, ağan canı,Giriftar eyləıəm sen kimi Zibanı, ağan canı.
QurbanBu gün bir qönçə ləb yarı sevmişəm,Dəhanında tuti dillərə qurban,