Münqəlib oldu həvadislə məni-zarə mizac
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Münqəlib oldu həvadislə məni-zarə mizac,Ey Məsihanəfəsim, qıl məni-bimarə əlac!
Rövşən et xanəmizi bir gecə təşrifinlə,Ey cəmalı fələki-hüsnə siraci-vəhhac.
Abi-Kövsər ləbi-şirininə nisbət, guyaBiridir əzbi-Fəratü biridir milhi-Ücac.
Tutmusan dəhrdə sən hiç müsəlmanın əlin?Etməsin tarı sənə kafəri, ya rəb, möhtac!
Şəm pərvanəni yandırmaz idi, amma sənYandırıb aşiqi, etdin bunu aləmdə rəvac.
Ləşkəri-Zəngü həbəş tutdular ətrafi-rüxün,Dəxi müşgüldü bu gün Kəbəyə getsin hüccac.
Məqtə — şairin təxəllüsü olan son beyt. Daneyi-gəndümi-xalinə təmə eyləmə kim,Seyyida, cənnəti-kuyindən edərlər ixrac.
Kitabxana.az · https://kitabxana.az/works/seyid-ezim-munqelib-oldu-hevadisle-meni-zare-mizac
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Badi-səba şüküftə edər gərçi gülləri,Həmmam camədən çıxarır bu gözəlləri.
Axiri-dəhr nə mümkündü fənadən qeyriAxiri-dəhr nə mümkündü fənadən qeyri,Kimsə baqi degil aləmdə xudadən qeyri.
Ey ruyin asimanın xürşidi-nuri-tabiEy ruyin asimanın xürşidi-nuri-tabi,Bərgi-ləbi lətifin gülqənd afitabi,
Derlər ki, xəlq üç yüz ili Adəm ağladıDerlər ki, xəlq üç yüz ili Adəm ağladı,İnsaf etməyib babamız, çox kəm ağladı.
Başqa şairlərin şeirləri · Eşq
Məni eşqə salan dilbər,Sən ha belə deməmişdin,
HarasındadırTərlan quşum itirmişəm, araram,Görüm bu dağların harasındadır
Çığalı müxəmməsDilbər, sənin ol gülşən-ü gülzarına qurban,On dörd gecəlik ay təki ruxsarına qurban,
Məndən — səndənNazlı dilbər, nə yaraşır qəddinə,Tirmə məndən, kəmər məndən, bel səndən,