Kim ki, ağzın qönçeyi-xəndan güman eylər, qələt
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Kim ki, ağzın qönçeyi-xəndan güman eylər, qələt,Ləli-nabın çeşmeyi-heyvan güman eylər, qələt.
Hansı gündən vaqifi-əsrari-qeyb oldu həkim,Gər dəhanın nöqteyi-pinhan güman eylər, qələt.
Handa görmüş, ya eşitmiş bağbani-ruzigar,Kakilin gər sünbülü reyhan güman eylər, qələt.
Yusifi bir zərrə hüsnün qıldı məşhuri-cahan,El səni gər Yusifi-Kənan güman eylər, qələt.
Hər mərəzdə var təbibin şöhrəti, amma əgərDərdi-eşqi qabili-dərman güman eylər, qələt.
Talibi-dünya olan dünyadə qalmaz müttəsil,Aləmi gər mülki-cavidan güman eylər, qələt.
Məqtə — şairin təxəllüsü olan son beyt. Hiç söz yox şeyxi-şəhrin qüvveyi-təşxisinə,Seyyidi gər qabili-ürfan güman eylər, qələt.
Kitabxana.az · https://kitabxana.az/works/seyid-ezim-kim-ki-agzin-qonceyi-xendan-guman-eyler-qelet
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Axiri-dəhr nə mümkündü fənadən qeyri,Kimsə baqi degil aləmdə xudadən qeyri.
Ey ruyin asimanın xürşidi-nuri-tabiEy ruyin asimanın xürşidi-nuri-tabi,Bərgi-ləbi lətifin gülqənd afitabi,
Derlər ki, xəlq üç yüz ili Adəm ağladıDerlər ki, xəlq üç yüz ili Adəm ağladı,İnsaf etməyib babamız, çox kəm ağladı.
Sənə olsaydı, ey gül, Yusifin filcümlə oxşarıSənə olsaydı, ey gül, Yusifin filcümlə oxşarı,Olurdu nəqdi-can ilə cahan əhli xəridarı.