Ol lalərüxün işvəvü nazı çox imiş, çox,Üşşaqə onun suzü güdazı çox imiş, çox.

Mehrabi-dü əbrudə könül xeyli zamandırQalmış, bilirəm, razü niyazı çox imiş, çox.

Bir Kəbə degilmiş bu Səfa əhlinə qiblə,Məhbubi-həqin mülki-Hicazı çox imiş, çox.

Müddətdi ki, qıllam qədəmin daşına səcdə,Eşqin bu məqam içrə nəmazı çox imiş, çox.

Mən az bilirdim mənə ənamını yarın,Bu cövrü cəfanın, dəxi, azı çox imiş, çox.

Bu səltənəti-eşqdə Məhmud tapılmaz,Hər guşədə afaqın Əyazı çox imiş, çox.

Məqtə — şairin təxəllüsü olan son beyt. Yox dəhrdə bir kəs ki, ola arifi-həqbin,Seyyid, aradım eşqi-məcazi çox imiş, çox.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq