Pionerlə
Təbiət canlanır, bahar çağıdır,Bağçalar, yamaclar çiçəklənmədə.Dan yeli hər yana ətir dağıdır,Çöllərə çəkilir bir yaşıl pərdə.
Göylərin tovuzu açarkən qanad,Hər çiçək rəng alır bir qanadından.Günəşlə canlanır təbiət, həyat,Günəşlə boy atır hər çiçək, fidan.Ey bahar ölkəmin vətəndaşları,Yol açın şəfəqdən hörülmüş nəslə!Bağçamda gül açmış elin baharı,Çoxdan göz dikmişəm bu gözəl fəslə.
Ulduzdan işıqlı hər canlı çiçək,Süd əmmiş günəşin yaz məməsindən,Baxdıqca gülümsər bu qoca ürək,Dan yeri sökülür şən gülməsindən.
Silsilə dağlardan axan sellərinDoğma bir oğluyam, doğma şairi.Dastanlar yazdığım coşqun sellərinTərilə bəslənmiş ey pioneri!
Keçmişlər gözümdə sönmüş bir xəyal,Alnını parladır biliyin yazı.Gələcək sənindir, sənsən ideal;Qəlbində çalınır şerimin sazı.
Baxdıqca nur əmən bu yeni eləSənətim, ilhamım açar qol-qanad.Baxdıqca baxçamda açan hər gülə,Qarşımda canlanır gələcək həyat.
Hər yolda atırsan odlu addımlar,Biliklər ocağı şən yurdun vardır.Alnında ulduzlar, günəşlər parlar,Gələcək nəslimiz nə bəxtiyardır.
Bu qızıl ulduzlu bayraq sənindir,Biliyə, zəkayə, əməyə hörmət!Bu dövlət, quruluş, torpaq sənindir,Ən uca bəşəri diləyə hörmət!Bahar bağçasında açarkən hər gül,Təbrikə gəlmişəm mən sarayına.Mən sizə inamla vermişəm könül,Məni də, pioner yaz alayına.
Saçları ağarmış qoca şairəm,Dünyada təkcə bir istəyim vardır.Əcələ yalvarıb gündə deyirəm:– Aman ver, könlümdə diləyim vardır.
Gireydim siz quran yeni bağçaya,Gözümlə görəydim bitkin barını,Baxaydım günəşdən nur alan aya,Doyunca dərəydim heyva, narını.
Kitabxana.az · https://kitabxana.az/works/saiq-pionerle
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Səhnə Səfi bəyin evini təsvir edir. Küçə tərəfdən iki pəncərə və həyətə açılan bö-*yük qapı. Həyət tərəfdə otaqların artırması. Ülkər pəncərədən küçəyə baxır. İldırım*
Üçüncü pərdəBirinci şəkilSəhnə kənd hakimi Şükür bəyin evini təsvir edir. Şükür bəy həyət artırmasında Səfi*
Dördüncü pərdəBir neçə il keçmişdir. Dörd tərəfdən ağaclarla əhatə edilmiş yaşıl bir tala. Mirzə*Möhsün, Rizvan (şəhərdən gəlmiş inqilabçı), Qurban, Qasım,*
Beşinci pərdəBirinci şəkilSəfi bəyin evi. Qapılar səliqə ilə düzəlmiş geniş həyətə açılır. Günəş ilə*
Başqa şairlərin şeirləri · Təbiət və bahar
Bəlkə bu yerlərə bir də gəlmədim,Duman, salamat qal, dağ, salamat qal.
Dünyanı sevindirAla gözlüm, aç gözünü,Göyün üzü gülsün bir az.
Genə gəldi bahar fəsliGenə gəldi bahar fəsliBülbül gəldi dadə, dadə,
Yanağın ey pəri can mənzilidirYanağın ey pəri can mənzilidir,Bu bülbülnün gülüstan mənzilidir.