Hüsnün ki, canibi-xəti ənbərfəşan tutar
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Hüsnün ki, canibi-xəti ənbərfəşan tutar,Axır cəhanı fitneyi-axırzəman tutar.
Əglənmədi könüldə dəmi qanıma degil,Bişək bəla imiş bu ki, qanlını qan tutar.
Var əqrəb rəqəmi nurluğun müşahibəti,Ya Rəb, nədən bu iti münhəmi yəman tutar.
Məcnunə nisbət eyləmə kim, məni-rəmidəni,Derlər ki, qövs batanda əbnin dastan tutar.
Məqtə — şairin təxəllüsü olan son beyt. Ar etmə itlərinlə fəğan etsə Sadiqi,Ari degil bu işdə üzün həmzəban tutar.
Kitabxana.az · https://kitabxana.az/works/sadiq-bey-efsar-husnun-ki-canibi-xeti-enberfesan-tutar
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Əgər dünya budur, bixanü biman olmamız yegdür,Buraqıb işrət əsbabını üryan olmamız yegdür.
Doldu gözüm qubari-səri-kuyi-yardənDoldu gözüm qubari-səri-kuyi-yardən,Gör, gör nələr yetişdi bana ruzigardən.
Əlkidə al alma, imas kim, ata tutarƏlkidə al alma, imas kim, ata tutar,Al ilə aldı könlümi ol şuxi-gül'uzar.
Ey qorçubaşı, ey sitəm əhlinə pişvaEy qorçubaşı, ey sitəm əhlinə pişva,Şahın qulu olan sözinə bipir gərək.