Cəfərqulu xana məktub
Səbəb nədir kim, yazdığım kağıza,Heç cavab yetişməz bizim diyara?Lütfi-xan kəm olub yəqin ki, məndən,Əyləşib könlümə bir belə qara.
Oturub eylərəm fikir hər zaman:Nə üçün bir kağız yazmaz mənə xan?Yəqin ki, bizlərdən olmuş bədgüman,Kəsildi yol, belə bağlandı ara.
Lazım olmuş mənə kim, yazım əhval,Nə gunə keçinir keyfiyyəti-hal.Əvvəl ki, qar tutub dağı salbəsalTaqətdən düşübdür həm malü qara.
Başımıza gəldi dağda gör nə iş:Gecə-gündüz yağır peydərpey yağış.Bilmək olmaz yazdır, ya payız, ya qış,Nahaq qaldıq bu il həsrət bahara.
Anlayıbsınız ki, bu xalqın pis işi,Qoymayacaq gəlsin çəyirtkə quşi,Öyrətdiniz molla oxusun daşı,Tufan salsın şəhrə, çölə, dağlara.
İkinci təqərrür olunan xidmət,İnşallah düzəlir, gər olsa fürsət.Qalaya gələndə eylərik söhbət,Etdiyim əməllər olur aşkara...
Sındırdın balın və pərin Cəmalın,Çıxartdın əlindən yerin Cəmalın.Bir işə salıbsan sərin Cəmalın,Əlinizdən məgər ölə, qurtara!..Bu yerdən ötəri, bir para əhval,Xidmətinə yazıb etmişəm irsal,Cavabını tez yazdırıb yola sal,Bu iş də düzəlsin var ikən çara.
Kitabxana.az · https://kitabxana.az/works/axundzade-ceferqulu-xana-mektub
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
(h. 1280-ci ildə)Bilik və mə’rifət sahiblərinə aydın və aşkardır ki, heç bir əsrdə və heç bir zaman dünya dinsiz və zındıq adamlardan xali olmamış və olmayacaqdır. Bu adamlara acıqlanıb qəzəblənmək heç bir nəticə verməz. Çünki bu kimi yolunu azmış adamlar bir və ya iki nəfər deyil, həm də ölkənin daxilində yaşamırlar və özləri də müəyyən bir əsrdə baş qaldırmırlar ki, onların öhdəsindən asanlıqla gəlmək mümkün olsun. Onlar saya-hesaba gəlməz dərəcədə çoxdurlar. Biz onların hansının öhdəsindən gələ bilərik?
Kəmalüddövlənin əvvəlinci məktubuRəməzan ayında, sənə 1280-də Təbrizdən*Ey mənim əziz dostum Cəlalüddövlə, axır sənin sözünə baxdım, ingilis və firəng və Yengi Dünya səfərindən sonra İran torpağına səfər etdim. Amma peşman olmuşam; kaş gəlmiyəydim, kaş bu vilayətin əhlini ki, mənim ilə həmməzhəbdirlər, görmiyəydim və oların əhvalından xəbərdar olmuyaydım. Ciyərim kabab oldu. Ey İran, hanı sənin o şövkətin və səadətin ki, Kəyumərs və Cəmşid və Güştasib və Nuşirəvan və Xosrov-Pərviz ə’sarında var idi?..
İkinci məktubGenə Təbrizdən, rəməzan ayında, sənə 1280-də*Ey ruhi-əzizim Cəlalüddövlə, bu məktubumda axund Molla Sadığın və’z məclisini sənə vəsf edirəm. Heyrət et, tüklərin biz-biz dursun. Amma çihasil, mənim bu yazdığım mətalibdən ki, onların intişarı mümkün deyil, əhli-İran qalibən bisavaddırlar. Bəlkə despotun ədəmitəvəccöh və ehtimamından və üləmanın biinsaflığından və bərbəriyyət zamanının hürufunun qüsurundan onların mindən birisi oxumağa qadir deyil. Bərfərz beş-on nəfər mənim mətalibimi oxudu, anladı, aya bununla murad hasil olurmu?
Kəmalüddövlənin üçüncü məktubuGenə Təbrizdən, rəməzan ayında, sənə 1280-də*Ey bəradəri-mehribanım Cəlalüddövlə, bu gün rüfəqa ilə məscidicameə gedib, Molla Cabbar mərsiyəxanın mərsiyə məclisində oturdum. Məscid mala-mal idi. Molla Cabbardan əvvəl bir başqası minbərə çıxdı. Həzrəti-Əli ibn-Əbutalibin vəfatın oxudu; sonra Molla Cabbar çıxdı. Əvvəl bir neçə əhadis əimmənin fəzilətindən və tə’ziyədarlığın səvabından nəql elədi, sonra mətləbə şüru etdi.